`İŞİD lideri əl-Bağdadi sağdır` - İraq rəsmisi


00:29     17 İyul 2017 bagdadi.jpg

İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadi sağdır və Suriya ərazisində gizlənir.


Rusiya KİV-lərinin yaydığı xəbərə görə, bunu İraq Daxili işlər nazirliyinin Kəşfiyyat və Antiterror Xidmətinin rəisi Əbu Əli Basri bəyan edib.

İraq rəsmisi bildirib ki, əl-Bağdadi sağdır və Suriya ərazisində, Rakka əyalətindən kənarda gizlənir.

Qeyd edək ki, ötən ayın ortalarında Rusiya Müdafiə Nazirliyi Əl Bağdadi və daha 300 döyüşçünün Suriyada aviazərbələr nəticəsində öldürüldüyünü iddia edib.

Femida.az

Açar sözlər:

Oxunub: 1250